Ramil Quliyev Azərbaycan yığmasına qayıdır?
03 avqust 2011 18:00 (UTC +04:00)

Ramil Quliyev Azərbaycan yığmasına qayıdır?

0
Bu haqda Lent.az-a Azərbaycanın atletika üzrə milli komandasının baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. Onun sözlərinə görə, hazırda İstanbulda “Fənərbağça” klubunun heyətində məşq edən Quliyevin şəxsi məşqçisi Oleq Muxin yaxın bir ayda Bakıya gələcək. Muxin səfər zamanı Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşəcək. İdmançımızın şəxsi məşqçisini ölkəmizə AAF dəvət edib. Sultanzadə bildirib ki, danışıqlar zamanı Quliyevə Türkiyədə məşq etmək, lakin yığma komandalar səviyyəsində yarışlara Azərbaycan bayrağı altında çıxmaq təklif olunacaq. Eyni zamanda, atletimizin hazırkı durumu da nəzərdən keçiriləcək. Baş məşqçi indidən sprinterimizin taleyi ilə bağlı qəti fikir bildirməyin tez olduğunu əlavə edib.


Qeyd edək ki, Ramil Quliyev 2009-cu il dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə finala vəsiqə qazanıb. 21 yaşlı atletimiz həlledici mərhələdə 7-ci yeri tutduqdan sonra Türkiyənin “Fənərbağça” klubuna transfer olub. O vaxtdan millimizin heyətində heç bir yarışda iştirak etməyən Quliyev əvvəlcə zədəli olmasını, sonradan isə yığmamızdan imtinasını səbəb göstərib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar