Kamal Quliyevin sevinci
0
0
Lent.az-ın məlumatına görə, Quliyev klubun rəsmi saytına müsahibəsində bu qayıdışdan özünü xoşbəxt hiss etdiyini bildirib. O deyib: “İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, bizim kimi karyerasını başa vurmuş futbolçuları komandaya cəlb edir. “Neftçi”də çalışmaq mənim üçün böyük şərəfdir. Mən 1996/1997-ci il mövsümündə “Neftçi”yə futbolçu kimi gəlmişdim və bununla fəxr edirdim. Uzun müddət sonra doğma komandaya məşqçi-seleksiyaçı kimi qayıtdığım üçün də qürur duyuram. Bu, məni sevindirir”.
Yeni baş məşqçi Böyükağa Hacıyevə kömək edəcək sabiq futbolçu klub rəhbərliyinin göstərdiyi etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini və öz işi ilə bacardığı qədər “Neftçi”yə xeyir verəcəyini vəd edib: “Yenidən “Neftçi” ailəsində olduğum üçün xoşbəxtəm. Həmişə demişəm ki, mən “Neftçi”liyəm”.