Rövnəq Abdullayevin təəssüfü
05 avqust 2011 10:46 (UTC +04:00)

Rövnəq Abdullayevin təəssüfü

0
Lent.az-ın məlumatına görə, bunu Avropa Liqasının “Qarabağ” – “Brügge” oyunundan sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Abdullayev Azərbaycan komandalarından birinin qitə miqyaslı turnirlərdə qrup mərhələsində oynaya bilmələrindən təəssüfünü gizlətməyib: “Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın. Təəssüf ki, bu baş vermədi”.


AFFA prezidenti 2014-cü ildə keçiriləcək dünya çempionatının püşkatmasına da münasibət bildirib: “Azərbaycan millisi çox normal bir qrupa düşüb. Düşünürəm ki, növbəti seçmə mərhələdə biz öz sözümüzü deyə biləcəyik”.


Abdullayev avqustun 6-da start götürəcək Unibank Premyer Liqasının səviyyəsini yüksək qiymətləndirib: “Azərbaycan çempionatında yaxşı və təmiz oyunlar gedir. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir və çalışıb daha da yüksəltmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 836

Oxşar yazılar