Azərbaycan yığmasından 2 yarışda 2 qızıl, 2 gümüş medal
05 avqust 2011 15:28 (UTC +04:00)

Azərbaycan yığmasından 2 yarışda 2 qızıl, 2 gümüş medal

0
Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, idmançılarımız Busan şəhərində hazırlıqlar zamanı iki beynəlxalq yarışda iştirak ediblər.

“Chung Cheon Open”də Fəridə Əzizova (67 kq) qızıl, Günay Ağakişiyeva (57 kq) isə gümüş medal qazanıb. “Gyeong nam Open” turnirində isə Səbinə Mikayılova (62 kq) qızıl, Türkanə Tahirli (49 kq) gümüş medala sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar