Cavadovla Sadıqov yığmamıza gəlmək istəməyən futbolçularla görüşəcəklər
05 avqust 2011 15:59 (UTC +04:00)

Cavadovla Sadıqov yığmamıza gəlmək istəməyən futbolçularla görüşəcəklər

0
Lent.az-ın məlumatına görə, püşk azərbaycanlıların yer aldığı komandaları bir-birinə rəqib edib.


Milli komandamızın hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Nijni-Novqorod “Volqa”sı Moskvada “Spartak”ın qonağı olacaq. “Spartak”ın heyətində əslən azərbaycanlı yarımmüdafiəçi Emin Mahmudov çıxış edir. Yığmamızın sabiq baş məşqçisi, hazırda Mahaçqala “Anji”sində böyük məşqçi vəzifəsində çalışan Vaqif Sadıqov da Moskvaya yollanacaq. Sadıqovun komandası daha bir soydaşımız Aleksandr Səmədovun yarımmüdafiəçi mövqeyində oynadığı “Dinamo” ilə görüşəcək.


Həm Mahmudov, həm də Səmədovun millimizdə oynamaları üçün edilən cəhdlər hələ nəticə verməyib. 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın Rusiya ilə eyni qrupa düşməsindən sonra onların yığmamıza cəlb olunmaları daha da çətinləşib.

Oyunlar sentyabrın 21-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar