Akademik avarçəkənimiz dünya çempionatının yarımfinalında
0
0
Lent.az-ın məlumatına görə, 16 yaşlı idmançımız bu uğura avqustun 5-də 1 nəfərlik qayıqla ¼ final yürüşündə nail olub. O, 2000 metr məsafəni 7 dəqiqə 19,36 saniyəyə qət edərək, finişə 3-cü çatıb. Avarçəkənimiz ilk “3-lüy”ə düşdüyündən, reqlamentə əsasən, növbəti mərhələyə çıxıb. Yotov yarımfinala yüksəlməklə, ilk 12 pillədəki yerlərdən birini təmin edib.
Əvəzində Qardaşxan Hüseynli - Kamal Xanlarov dueti təsəlliverici yürüşdə də aşağı nəticə göstərib. Onlar 2000 metr məsafəni 7 dəqiqə 9,69 saniyəyə qət edərək, finişə sonuncu çatıblar. Hüseynli – Xanlarov cütlüyü 13 – 24-cü yerlərdən birini tutmağa imkan verən C (D) yarımfinalında iştirak edəcək.
Qeyd edək ki, dünya çempionatına avqustun 7-də yekun vurulacaq.