İspaniya yığmasının heyətinə Braziliya vətəndaşı çağırıldı
06 avqust 2011 10:51 (UTC +04:00)

İspaniya yığmasının heyətinə Braziliya vətəndaşı çağırıldı

0
Lent.az-ın məlumatına görə, dəvətlilərin 8-i Çempionlar Liqasının son qalibi “Barselona”nın üzvüdür. Onlardan 1-i Tiaqo Alkantaradır. Alkantaru “Barsa”nın heyətində az-az meydançaya çıxır. O, həm də Braziliya vətəndaşıdır. Mətbuatda Braziliya millisinə dəvət alacağı yazılsa da, 20 yaşlı yarımmüdafiəçi oynadığı ölkənin əsas komandasını seçib.


Əvəzində İngiltərə “Arsenal”ından Sesk Fabreqas və “Barselona”dan Karles Puyol zədə ilə əlaqədar milliyə çağırılmayıblar. Son dünya çempionlarının heyətinə dəvətlilər sırasında “Real Madrid”in 5, “Atletik”in 5 oyunçusu da var:


Qapıçılar: İker Kasilyas (“Real” Madrid), Viktor Valdes (“Barselona”), Xose Reyna (“Liverpul”, İngiltərə)

Müdafiəçilər: Serxio Ramos, Alvaro Arbeloa, Raul Albiol (hamısı “Real Madrid”), Andoni İraola (“Atletik”), Xerard Pike (“Barselona”)

Yarımmüdafiəçilər: Serxio Buskets, Andres İnyesta, Xavi, Tiaqo Alkantara (hamısı “Barselona”), Xabi Alonso (“Real Madrid”), Xavi Martines (“Atletik”), Santi Kasorla (“Malaqa”), David Silva (“Mançester Siti”, İngiltərə)

Hücumçular: David Vilya, Pedro (hər ikisi “Barselona”), Fernando Lyorente (“Atletik”), Fernando Torres (“Çelsi”, İngiltərə), Alvaro Neqredo ("Sevilya”), Xuan Mata (“Valensiya”).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar