“Bakı” Qəbələyə 2 itki ilə yollandı
0
0
Lent.az-ın paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər öncəsi 2 futbolçu Tofiq Bəhramov adına Respublika stadionundakı kollektiv məşqlərə qatılmayıb. Stevan Bates və Əziz Quliyev həkim nəzarətində hazırlıq keçiblər. Bates əzələsi dartıldığından, Quliyev əməliyyatdan sonrakı bərpa prosesi davam etdiyindən komandadan ayrı çalışıblar. Onların “Qəbələ” ilə oyunda iştirakı gözlənilmir.
Qeyd edək ki, avqustun 7-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq.
Qeyd edək ki, avqustun 7-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq.
0
0