Əfsanəvi futbolçu karyerasını başa vurdu - FOTO
0
0
Lent.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi avqustun 5-də “qırmızı şeytanlar”ın ABŞ-ın “Nyu-York Kosmos” komandası ilə keçirdiyi yoldaşlıq görüşündə sonuncu dəfə oynayıb. Klubunun heyətində 675-ci matçına çıxan Skoulz keçmiş komanda yoldaşı Erik Kantonanın baş məşqçisi olduğu “Nyu-York Kosmos” üzərində 6:0 hesablı qələbədə yardımçı olub. O, 9-cu dəqiqədə uzaqdan zərbə ilə möhtəşəm qol vurub. Əfsanəvi oyunçu meydançanı alqış sədaları altında tərk edib.
0
0