Premyer Liqa bu gün başlayır, sabah mərkəzi oyundur
06 avqust 2011 12:24 (UTC +04:00)

Premyer Liqa bu gün başlayır, sabah mərkəzi oyundur

0
Lent.az-ın məlumatına görə, Unibank Premyer Liqası adlandırılan yubiley çempionatı elə ilk turdan təxirəsalma ilə başlayacaq.


“Qarabağ” Avropa Liqasındakı çıxışları və heyətindəki futbolçuların 10 avqustda Makedoniya ilə yoldaşlıq görüşündə iştirak edəcəklərini səbəb göstərərək, çempion “Neftçi” ilə açılış turunun oyununu təxirə saldırıb. Bu səbəbdən, mərkəzi görüş “Qəbələ” ilə “Bakı” arasında baş tutacaq.


Bu rəqiblər indiyədək 16 dəfə üz-üzə gəlib. Oyunlardan 4-ü kubok, 12-si çempionata təsadüf edib. “Qarşılaşmalardan 11-də “Bakı” meydanı qələbə ilə tərk edib. Paytaxt komandası qalib gəldiyi oyunların yalnız 1-də qapısında qol görüb (2:1). Komandaların qarşılaşmalarında ən populyar hesab 1:0-dır. 6 oyun bu nəticə ilə başa çatıb.


İlk görüş 2006-2007-cı il mövsümündə baş tutub. Hər iki oyun paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Həmin mövsümdə kubok yarışları da komandaları qarşı-qarşıya gətirib. Yenə də "Bakı" üstün olub - 2:0, 1:0.


2007-2008-ci il mövsümündə “Qəbələ” revanş götürməyə nail olub - 2:0. Mövsümün ikinci dövrə oyununda “Bakı” bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb - 3:0.


2008-2009-cu il mövsümündə komandalar kubok yarışlarının 1/4 final mərhələsində üz-üzə gəliblər. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb, 11 metrlik cərimə zərbələri ilə qalib gələn “Qəbələ” kubok uğrunda mübarizəni davam etdirib. Həmin mövsüm çempionatın hər iki oyunu da “Bakı”nın uğurları ilə yadda qalıb. “Bakı” evdə 3:0, səfərdə isə 1:0 hesabı ilə qalib gəlib.


2010 - 2011-ci illərdə komandalar 4 dəfə qarşı-qarşıya gəliblər. Çempionatın ilkin
mərhələsində “Bakı” həm ev, həm də səfər oyununu 2:0 hesablı qələbə ilə başa vurub. “Pley-off” mərhələsində isə üstünlük “Qəbələ”nin tərəfində olub. Bakıda 1:1 hesablı sülh qeydə alınıb, Qəbələdə oynanılan cavab qarşılaşması isə meydan sahiblərinin 1:0 hesablı qalibiyyəti ilə tarixə düşüb. Son mövsümə gəldikdə, evdə qələbə qazanan “Bakı” (2:0), səfər oyununu da qalibiyyətlə başa vurub (1:0).


Beləliklə, indiyədək keçirilən 16 qarşılaşmanın 11-də “Bakı”, 2-də “Qəbələ” qalib gəlib, 3 oyun heç-heçə tamamlanıb. Vurulan və buraxılan topların fərqi “Bakı”nın xeyrinədir - 22:7.


Rəqiblərin bütün oyunları:
ç 29.10.2006 Qəbələ 0:1 Bakı
k 21.11.2006 Bakı 2:0 Qəbələ
k 02.12.2006 Bakı 1:0 Qəbələ
ç 18.04.2007 Qəbələ 0:1 Bakı
ç 19.08.2007 Qəbələ 2:0 Bakı
ç 24.02.2008 Bakı 3:0 Qəbələ
k 06.03.2008 Bakı 1:1 Qəbələ
k 20.03.2008 Qəbələ (p 5:4 ) 1:1 Bakı
ç 09.11.2008 Bakı 3:0 Qəbələ
ç 26.04.2009 Qəbələ 0:1 Bakı
ç 31.10.2009 Qəbələ 0:2 Bakı
ç 13.02.2010 Bakı 2:0 Qəbələ
ç 28.03.2010 Bakı 1:1 Qəbələ
ç 01.05.2010 Qəbələ 1:0 Bakı
ç 22.08.2010 Bakı 2:1 Qəbələ
ç 23.12.2010 Qəbələ 0:1 Bakı

Qeyd edək ki, yeni mövsümün “Qəbələ” – “Bakı” matçı avqustun 7-də saat 18:00-da başlanacaq.

6 avqust (şənbə)

18:00. “Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı)
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov
Gəncə şəhər stadionu.

20:00. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər”
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu.

20:00. “İnter” (Bakı) – “Turan” (Tovuz)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev
“Şəfa” stadionu.

7 avqust (bazar)

18:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov
Qəbələ şəhər stadionu.

20:00. “Simurq” (Zaqatala) – AZAL (Bakı)
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov
Zaqatala şəhər stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 553

Oxşar yazılar