Unibank Premyer Liqasının Əsasnaməsi dəyişdi
06 avqust 2011 14:31 (UTC +04:00)

Unibank Premyer Liqasının Əsasnaməsi dəyişdi

0
Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, dəyişiklik həm də I divizionla bağlıdır. Bu isə ondan ibarətdir ki, 2011-2012-ci il mövsümündə I divizionda 2-ci yeri tutan komanda Premyer Liqanı 11-ci pillədə başa vuranla “pley-off” oyunu keçirəcək. Beləliklə, növbəti mövsüm elitada oynamağa kimin daha layiqli olduğu müəyyənləşəcək.


Musayevin fikrincə, bu qərar həm Premyer Liqanın ikinci “6-lığ”ında, həm də I divizionda rəqabətin daha artımına kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar