“Mançester Yunayted”dən yeni mövsümdə ilk titul
08 avqust 2011 10:44 (UTC +04:00)

“Mançester Yunayted”dən yeni mövsümdə ilk titul

0
Lent.az-ın məlumatına görə, “Uembli” stadionunda keçirilmiş qarşılaşma 3:2 hesabı ilə baş məşqçi Aleks Ferqyusonun komandasının xeyrinə nəticələnib. Amma hesabı “Mançester Siti”nin oyunçusu Coleon Leskott 38-ci dəqiqədə açıb. 45-ci dəqiqədə Edin Ceko hesabı artırıb. Fasilədən sonra oyunun xarakteri kardinal şəkildə dəyişib. 52-ci dəqiqədə Smollinq fərqi azaldıb. Bundan az sonra portuqaliyalı Nani hesabı bərabərləşdirib. Oyuna əlavə olunmuş 4-cü dəqiqədə isə portuqaliyalı ulduz qələbə topunu vurub.


Qeyd edək ki, İngiltərə Superkuboku 1974-cü ildən “Uembli”də Premyer Liqanın qalibi ilə İngiltərə Kubokunun sahibi arasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar