Unibank Premyer Liqası məhsuldar başladı
0
0
Lent.az-ın məlumatına görə, “Neftçi” – “Qarabağ” matçı təxirə salındığından, turun 6 oyunundan 5-i baş tutub.
İlk oyun günündə meydan sahibləri qalib gəldikləri halda, ertəsi gün qonaqlar heç-heçə və qələbəyə seviniblər. Ümumilikdə qapılara vurulan 12 qol 4 oyunda qeydə alınıb. “Qəbələ” ilə “Bakı” arasında keçirilmiş mərkəzi görüş qolsuz nəticələnib. Meydan sahiblərinin uduzduğu yeganə qarşılaşma “Simurq” – AZAL matçına təsadüf edib. Zaqatala təmsilçisi baş məşqçi Sergey Yuranın rəhbərliyi altında çıxdığı ilk oyununda darmadağın olub. “Kəpəz” də “Rəvan”ın qapısından 3 top keçirsə də, qələbəni AZAL kimi asanlıqla yox, əzmkarlıqla qazanıb. Ötən mövsüm NBC Bank Azərbaycan Kubokunun qalibi “Xəzər Lənkəran” digər debütant “Sumqayıt Şəhər”i, finalçı “İnter” isə Əsgər Abdullayevin rəhbərliyi altında ilk matçına çıxan “Turan”ı minimal fərqlə yenib.
6 avqust (şənbə)
“Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı) – 3:2
Qollar: Junivan Suares, 60. Ceyhun Sultanov, 85; 88 - Con Pelu, 37. Miloş Zeçeviç, 77-pen.
“Xəzər Lənkəran” – “Sumqayıt Şəhər” – 2:1
Qollar: Emeka Opara, 33. Culius Vobay, 42 - Eşqin Quliyev, 84
“İnter” (Bakı) – “Turan” (Tovuz) – 1:0
Elnur Abdulov, 54
7 avqust (bazar)
“Qəbələ” – “Bakı” – 0:0
“Simurq” (Zaqatala) – AZAL (Bakı) – 0:3
Zohair Benouahi, 17; 46. Rasim Ramaldanov, 90+3-avt.
Qırmızı vərəqələr: Aleksandr Şemonayev, 67 - Viktor İqbekoyi, 40.