Azərbaycan – Makedoniya matçının hakimləri bilindi
0
0
Avqustun 10-da Azərbaycan və Makedoniyanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü belaruslu referi Aleksey Kulbakov idarə edəcək.
Ona yan xətt hakimləri qismində həmyerliləri Andrey Xetsikov və Vitali Malyutsin yardımçı olacaqlar. Dördüncü hakim isə həmyerlimiz Rəhim Həsənovdur.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya matçı saat 20:00-da başlanacaq.