Azərbaycan nümayəndə heyəti Universiadaya yollanır - SİYAHI
0
0
Lent.az-ın məlumatına görə, 12 gün davam edəcək yarışa Azərbaycan nümayəndələri 28 nəfərlik heyətlə qatılacaq. Ölkəmiz 6 idman növündə - taekvondo, cüdo, bədii gimnastika, atletika, qılıncoynatma və ağırlıqqaldırma üzrə 22 idmançı ilə təmsil olunacaq. Taekvondoçularımızdan 7-si - Samir Aydınov (46 kq), Vüsal Məmmədov (58 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Ceyhun Həsənli (87 kq) və Aydın Bəhmalov (+87 kq) kişilərin, Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Kim Vonk Yunq (67 kq) qadınların mübarizəsində iştirak edəcəklər.
Rasim Əsədullayev (60 kq), Rüstəm Orucov (66 kq), Rüstəm Alimli (81 kq), Ramin Qurbanov (90 kq) və Emil Tahirov (+100 kq) cüdo, Anna Qurbanova və Aliyə Qarayeva bədii gimnastika, Nicat Rəhimov (69 kq) ağırlıqqaldırma, Yuliya Nelyubova qılıncoynatma, Layeş Abdullayeva atletika növlərində yarışacaq.
Nümayəndə heyətinə Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və tətbiqi İdman növləri sektorunun müdiri Aydın Məmmədov və “Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurasının sədri Tofiq Xanəliyev rəhbərlik edəcək.