53 yaşlı idmançımız London olimpiadasına lisenziya qazandı
09 avqust 2011 11:10 (UTC +04:00)

53 yaşlı idmançımız London olimpiadasına lisenziya qazandı

0
Bu haqda Lent.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. M.Rəhimovun sözlərinə görə, güllə atıcımız İradə Aşumova Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında bu vəsiqəyə yiyələnib. Aşumova 25 metr məsafədən pnevmatik tapançadan atəş aşmaqla 6 cəhdin cəmində 577 xal toplayıb. Bununla da idmançımız 16-cı yeri tutub. İlk 15 yerin sahibləri əvvəllər keçirilmiş yarışlarda lisenziya qazandıqlarından yeganə vəsiqə 53 yaşlı atıcımıza qismət olub.


Qeyd edək ki, əvvəllər 4 idmançımız - yüngül atletikanın çəkicatma növündə Dmitri Marşin, boksçu Soltan Migitinov (75 kq) və taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Ramin Əzizov (80 kq) London olimpiadasına lisenziya qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar