Münasibətinizi xilas edə biləcək   son 60 dəqiqə
06 avqust 2026 10:42 (UTC +04:00)

Münasibətinizi xilas edə biləcək son 60 dəqiqə

0

Münasibətlər psixologiyasına görə, yatmazdan əvvəlki cəmi bir saat belə, düzgün dəyərləndirildikdə tərəflər arasındakı emosional bağı gücləndirə bilər. Məşğul həyat tərzinə və gündəlik stressə baxmayaraq, uzunömürlü və xoşbəxt münasibətlər quran cütlüklər günün son saatını birlikdə keçirməyə xüsusi önəm verirlər.

Lent.az xarici mediaya istinadən xəbər veriri ki, mütəxəssislərin fikrincə, əsas məsələ birlikdə keçirilən vaxtın çoxluğu deyil, keyfiyyətidir. Axşam saatları çox vaxt gün ərzində sakit söhbət etmək üçün yeganə fürsət olur. Buna görə də tərəflər gün ərzində yaşadıqları hadisələri bir-biri ilə bölüşür, qarşı tərəfi diqqətlə dinləyir, suallar verir və maraq göstərirlər. Bu davranış insanın özünü dəyərli və başa düşülmüş hiss etməsinə kömək edir.

Xoşbəxt cütlüklərin digər ortaq vərdişi yatmağa birlikdə hazırlaşmalarıdır. Bu, üz yumaq, dəriyə qulluq etmək və ya sabah üçün lazım olan əşyaları hazırlamaq kimi sadə gündəlik işlər ola bilər. Belə kiçik rituallar tərəflərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə və yaxınlığın artmasına səbəb olur.

Psixoloqlar minnətdarlığın ifadə edilməsinin də münasibətlər üçün böyük əhəmiyyət daşıdığını bildirirlər. Bir-birinə təşəkkür edən və tərəfdaşının göstərdiyi diqqət və zəhməti qiymətləndirən cütlüklər münasibətlərdə özlərini daha güvənli hiss edirlər. Bu isə emosional sabitliyi artırır və narahatlığı azaldır.

Fiziki yaxınlıq da sağlam münasibətin vacib hissəsidir. Burada söhbət böyük romantik jestlərdən yox, qucaqlaşmaq, öpmək və əl-ələ tutmaq kimi sadə davranışlardan gedir. Bu cür təmaslar illər keçsə belə romantik hisslərin qorunmasına kömək edir.

Mütəxəssislər axşam saatlarında telefon, planşet və televizordan mümkün qədər uzaq durmağı da tövsiyə edirlər. Cütlüklər birlikdə film izləsələr belə, əsas diqqət bir-biri ilə ünsiyyətə və emosional əlaqəyə yönəlməlidir.

Mübahisələr zamanı isə onlar daha çevik yanaşma nümayiş etdirirlər. Kəskin münaqişə ilə yatmağa çalışmasalar da, hər problemi həmin axşam həll etməyin mümkün olmadığını anlayırlar. Bəzən vəziyyətin daha da gərginləşməməsi üçün çətin söhbətləri növbəti günə saxlamaq daha doğru seçim hesab olunur. Bundan başqa, bel və ya çiyin masajı kimi sadə qayğı jestləri də münasibətə müsbət təsir göstərir.

Bu, həm stressi azaltmağa kömək edir, həm də qarşı tərəfə diqqət və qayğının ifadəsinə çevrilir. Psixoloqlar hesab edirlər ki, yatmazdan əvvəl birlikdə keçirilən son bir saat münasibətin möhkəmlənməsi üçün ən dəyərli vaxtlardan biridir. Səmimi söhbətlər, qarşılıqlı diqqət və kiçik gündəlik jestlər cütlüklərin emosional bağını uzun illər güclü saxlaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar