Elnur Məmmədlinin davamçısı yetişmədi
0
0
Bu haqda Lent.az-a milli komandamızın baş məşqçisi Ağayar Axundzadə məlumat verib. Axundzadə bildirib ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına həmin çəkidə lisenziya əldə edə bilməyəcəkləri ilə barışıblar. Bunun nəticəsi olaraq, avqustun 23-də Fransanın paytaxtı Parisdə start götürəcək dünya çempionatında 73 kq çəkidə heç bir cüdoçumuz mübarizə aparmayacaq. Baş məşqçinin sözlərinə görə, əvvəlki yarışlarda həmin çəkidə dəfələrlə şans verdikləri Renat Mirzəliyev ümidləri doğrultmayıb. Eyni hal 100 kq-dan yuxarı çəkidə də müşahidə olunur. Ona görə də avqustun 28-dək davam edəcək dünya çempionatında kişilərin mübarizəsinə 7 mümkün çəki dərəcəsindən 5-də 7 cüdoçumuz - İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) qatılacaq. Qadınların yarışında isə Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) qüvvəsini sınayacaq. Komandamız Parisə avqustun 20-də yola düşəcək.
Təcrübəli mütəxəssisin sözlərinə görə, artıq Elnur Məmmədli ilə Elxan Məmmədovun London olimpiadasına lisenziya qazandıqları şübhə doğurmur. Çünki onların hər ikisi Beynəlxalq Cüdo Federasiyasının (İJF) reytinq siyahısında ilk “5-lik”dədir. Amma bütün lisenziyaların sahibləri 2012-ci il aprelin sonlarında Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək Avropa çempionatından sonra rəsmən Beynəlxalq Cüdo Federasiyası tərəfindən açıqlanacaq. Axundzadə bildirib ki, lisenziyanı təmin etmələrinə baxmayaraq, cüdoçularımız ilk pillələrdəki yerlərini qorumağı bacarmalıdırlar: “Çünki olimpiada zamanı atılacaq püşkatmada İJF reytinqinin ilk pillələrindəki idmançılar ayrı-ayrı qruplara salınacaqlar. Bu da onların yarımfinaldan tez üz-üzə gəlmələrini qeyri-mümkün edəcək. Ona görə cüdoçularımızın nəinki lisenziya qazanmaları, hətta reytinq siyahısında ilk pillələrdə yer almaları böyük əhəmiyyətə malikdir”.
Baş məşqçi 60 kq və 81 kq çəki dərəcələrində iki cüdoçunu sınaqdan çıxarmalarını belə izah edib: “Hazırda 60 kq çəkidə İlqar Müşkiyev, 81 kq-da isə Elnur Məmmədli öndədir. Həmin çəkilərdə rəqabəti artırmaq üçün müvafiq olaraq, Nicat Şıxəlizadə ilə Elxan Rəcəblini də sınaqdan çıxarırıq. Amma bu, daimi olmayacaq. Müəyyən müddət sonra görsək ki, reytinq siyahısında idmançılar arasındakı fərq azalmır, hər çəkidə bir idmançıya üstünlük verəcəyik”.
Elşən MƏMMƏDOV