Azərbaycan yığması italiyalılarla görüşəcək
10 avqust 2011 11:34 (UTC +04:00)

Azərbaycan yığması italiyalılarla görüşəcək

0
Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığmamızın baş məşqçisi Yevgeni Kotov, məşqçilər Nəriman Abdullayev və Ruslan Xairovun rəhbərliyi altında Appenin yarımadasına 14 idmançı gedib. Sardiniya yarımadasındakı dağlıq ərazidə keçiriləcək toplanışa 5 çəki dərəcəsində 10 boksçumuz - Elvin Məmişzadə, Məhəmməd Abdulhəmidov (hər ikisi 52 kq), Heybətulla Hacəliyev, Romal Amanov (hər ikisi 64 kq), Osman Əliyev, Emin Əhmədov (hər ikisi 69 kq), Ramil Əliyev, Ramazan Məhəmmədov (hər ikisi 81 kq), Teymur Məmmədov, Abdulqadir Abdullayev (hər ikisi 91 kq) qatılıb. Digər çəki dərəcələrində isə Salman Əlizadə (49 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) millimizin heyətinə cəlb olunublar. İtaliya toplanışı avqustun 23-dək davam edəcək.


Kotovun sözlərinə görə, boksçularımız Asisse şəhərində 70 faiz ümumi fiziki hazırlığın artırılması üzərində işləyəcəklər. Məşqlərin yalnız 20-30 faizi taktiki-texniki hazırlığa həsr olunacaq. Toplanış müddətində İtaliya boksçuları ilə sparinq-döyüşlərin keçirilməsi də nəzərdə tutulub. İtaliya toplanışından sonra Bakıya dönəcək millimiz dünya çempionatına son hazırlığı Rusiya yığması ilə birgə Moskvaətrafında yerləşən Çexov şəhərində keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 575

Oxşar yazılar