Azərbaycan nümayəndə heyəti toqquşmaların getdiyi Londonda
10 avqust 2011 12:32 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti toqquşmaların getdiyi Londonda

0
Azərbaycan nümayəndə heyəti 2012-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi Böyük Britaniyanın paytaxtı Londona yollanıb. Lent.az-ın məlumatına görə, bunlar Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, ölkəmizin qarşıdakı olimpiadadakı şef de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un aparıcı mütəxəssisi Könül Nurullayevadır.

Azərbaycanlı nümayəndələr London olimpiadasına həsr olunmuş “Project Review” (“Şərh layihəsi”) adlı seminarda iştirak edəcəklər. Tədbir 3 gün davam edəcək.

Hazırda Londonda olan Mədətov Lent.az-a açıqlamasında bildirib ki, paytaxtdakı toqquşmalarla bağlı hər hansı narahatlıqları yoxdur: “Burada hər şey nəzarətdədir”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar