“Qarabağ”da növbəti itki
0
0
Ağdamın “Qarabağ” komandası daha bir futbolçu itkisi ilə üzləşib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vüqar Nadirov və Rəşad Sadiqovun ardından Maksim Medvedev də sıradan çıxıb.
22 yaşlı müdafiəçinin sağ ayağında qismən əzələ dartılması və qan yığılması baş verib. Onun azı 10 gün meydanlardan kənar qalacağı gözlənilir. Bu isə o deməkdir ki, Medvedev avqustun 14-də “İnter”lə Unibank Premyer Liqasının II tur matçını buraxmalı olacaq.