Millimizdən həyəcanlı məğlubiyyət
0
0
Lent.az-ın məlumatına görə, bu dəfə millimiz yoldaşlıq görüşündə minimal hesabla uduzub. Oyun Bakının Mərdəkan qəsəbəsində iyunun 6-da istifadəyə verilmiş “Dalğa Arena”da baş tutub. Süni örtüklü meydançada keçirilmiş matçın ilk yarısında millimiz üstün oyun sərgiləsə də, yaratdığı imkanlardan yararlana bilməyib. Fasilədən sonra qonaqlar daha fəal təsir bağışlayıblar. 58-ci dəqiqədə autdan qapı qarşısına ötürülən topu komandamızın müdafiəçiləri uzaqlaşdıra bilməyib. Top Makedoniya millisinin kapitanı Qoran Pandevin qarşısına düşüb. İtaliya “İnter”inin forvardı qapını dəqiq nişan alıb.
Yığmamızın baş məşqçisi Berti Foqts oyun ərzində iki məcburi əvəzləməyə əl atıb. “Bakı”nın futbolçularından Elvin Məmmədov 28-ci, Fabio Luis Ramin isə 75-ci dəqiqədə zədələniblər. Onlar yerlərini müvafiq olaraq Arif İsayevlə Cavid Hüseynova veriblər. Əvəzləmə sayına məhdudiyyət qoyulmasa da, Foqts cəmi 4 dəyişikliyə əl atıb. O, 65-ci dəqiqədə Almaniya “Frayburq”unun sağ cinah yarımmüdafiəçisi Ufuk Budakı ilk dəfə yığmamızın heyətində meydançaya buraxıb. Bundan 1 dəqiqə sonra daha bir “tapıntı” Murad Hüseynov oyuna girib. Lakin bu əvəzləmələrin heç biri oyunda dönüş yaratmağa kömək etməyib. Əksinə, ikinci yarıda zəifləyən komandamız məğlubiyyətdən yaxa qurtara bilməyib.
Beləliklə, yığmamız sentyabrın 2-də Bakıda Belçika, sentyabrın 6-da isə Lənkəranda Qazaxıstanla keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarına hazır olmadığına dair həyəcan təbili çalıb. Bu isə Foqtsun qalan 4 seçmə matçda daha 7 xal istəyi ilə heç uzlaşmır.
Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): “Təəssüf ki, ilk hissədəki oyunumuzu sonacan göstərə bilmədik. Buraxdığımız bir səhv məğlubiyyətimizə səbəb oldu. Beynəlxalq oyunlarda belə səhvləri bağışlamırlar. Nəticənin oyuna görə olub-olmadığını deməkdə çətinlik çəkirəm”.
Boban Babunski (Makedoniya millisinin baş məşqçisi): “Bizi yoldaşlıq oyunu üçün Bakıya dəvət etdiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Düşünürəm ki, bu gün güclü komandaya qarşı oynadıq. Rəqibimizin son 3 ildəki oyunlarını araşdırmışdıq. Azərbaycan millisi düzgün yoldadır. Ötənilki ilə indiki Azərbaycan yığması arasında böyük fərq var. Qələbə qazanmağımızın əsas səbəbi müdafiədə düzgün oynamağımızdır”.
Elşən MƏMMƏDOV