Tuncay Şanlı Premyer Liqaya qayıdır
11 avqust 2011 15:39 (UTC +04:00)

Tuncay Şanlı Premyer Liqaya qayıdır

0
Lent.az-ın məlumatına görə, “Volsburq”un baş məşqçisi Feliks Maqat klubun rəsmi saytına açıqlamasında 29 yaşlı hücumçunun “Bolton”la müqavilə bağlamağa yaxın olduğunu bildirib. O, anlaşmanın qarşıdakı iki gün ərzində imzalanacağına ümid etdiyini söyləyib. Artıq Tuncayın “Bolton”la ilkin anlaşma əldə etdiyi və tibbi müayinədən keçdiyi deyilir.


Qeyd edək ki, Tuncay Şanlı “Volfsburq”a qışda İngiltərənin digər klubu “Stok Siti”dən keçib. O, “canavarlar”ın heyətində cəmi 4 matçda forma geyinib. “Bolton” isə İngiltərə Premyer Liqasında çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar