Azərbaycan millisinin son iki oyununun yeri və başlama saatı açıqlandı
0
0
Futbol üzrə Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Avstriya ilə evdə, Türkiyə ilə səfərdə keçirəcəyi son iki oyunun yeri açıqlanıb.
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Avstriyanı oktyabrın 7-də Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da qəbul edəcək. Oyun saat 21:00-da başlanacaq. Bundan 4 gün sonra isə millimiz Türkiyənin qonağı olacaq. Qarşılaşma İstanbul şəhərindəki “Türk Telekom Arena”da keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
Qeyd edək ki, Azərbaycan millisinin “Dalğa Arena”da ilk matçı avqustun 10-da Makedoniya ilə yoldaşlıq görüşünə (0:1) təsadüf edib. “Türk Telekom Arena” da yeni istifadəyə verilib. Həmin stadionda “Qalatasaray” ev oyunlarını keçirir.