“Xəzər Lənkəran” əzəli rəqibinin sabiq futbolçusunu aldı - FOTO
0
0
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. Milliyətcə serb olan Subaşiç karyerasına doğulduğu ölkənin “Jeleznik” klubunda başlayıb. Bundan sonra hücumçu legioner karyerasına start verib. Öncə Belçikanın “Ostende”, ardınca isə Fransanın “Bove Uaz”, Ukraynanın “Çernomorets” və Rusiyanın “Amkar” klublarının formasını geyən Subaşiç 2005-ci ildə Azərbaycanın “Neftçi” klubuna transfer olunub. 2007-ci ildə futbolçu milliləşdirilərək Azərbaycan yığma komandasının heyətinə cəlb olunub. O, 2008-ci ildə artıq yığmamızın hücumçusu kimi Serbiyanın “Srvena Zvezda” klubun keçib. Burada bir mövsüm çıxış etdikdən sonra futbolçu Çinin “Çanjun Yatay” komandasının formasını geyinib. Ötən mövsümdə isə Subaşiç “Qəbələ”də çıxış edib.
0
0