“Barselona” Fabreqası qaytardı
0
0
Lent.az-ın “Sport.es”ə istinadən verdiyi məlumata görə, “topçular” 24 yaşlı yarımmüdafiəçini 40 milyon avroya satıblar.
Fabreqas Kataloniya paytaxtına bu gün yollanacaq. O, tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atacaq. “Barsa” rəhbərliyi yeni transferini avqustun 14-də ictimaiyyətə təqdim edəcək. Sonra futbolçu “Real Madrid”ə qarşı İspaniya Superkuboku matçına çıxacaq. Hələlik nə “Barselona”, nə də “Arsenal” bu transferlə bağlı rəsmi açıqlama verib.
Qeyd edək ki, Sesk Fabreqas 2003-cü ildə “Barselona”dan məhz “Arsenal”a keçmək üçün ayrılıb. O, London komandasının heyətində 266 matçda 57 qol vurub.