Premyer Liqada daha bir oyun təxirə salındı
15 avqust 2011 14:18 (UTC +04:00)

Premyer Liqada daha bir oyun təxirə salındı

0
Lent.az-ın məlumatına görə, IV turun “Sumqayıt Şəhər” – “İnter” matçı avqustun 27-də baş tutmayacaq. Bununla bağlı əmr verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Sumqayıt Şəhər” klubunun 6 üzvünün 21 yaşlılardan ibarət Azərbaycan millisinin heyətində Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlıq məqsədi ilə təlim-məşq toplanışında olacağını, 7 üzvünün isə 17 yaşadək yığmamızın heyətində Litvada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcəyini nəzərə alıb.


Qeyd edək ki, Premyer Liqanın ilk turunun “Neftçi” - “Qarabağ” matçı da başqa tarixə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar