Azərbaycan xalçası UEFA-da
0
0
Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 12-də yığmamız “Kolovre” stadionunda İsveçrənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşmanı UEFA-nın baş katibi Gianni İnfantino, UEFA İcrayyə Komitəsinin üzvü, UEFA Qadın Futbolu Komitəsinin rəhbəri Karen Espelund, AFFA-nın baş katibi Elxan Məmmədov və İsveçrə Futbol Federasiyasının baş katibi Aleks Mişer də izləyib. Oyundan sonra yığmamız UEFA-nın mənzil-qərargahına dəvət olunub. Avropa futbol qurumunun inzibati binası ilə tanış olan komandamızın üzvləri UEFA-nın baş katibi Gianni İnfantino ilə görüşüb, ona xatirə hədiyyəsi – xalça təqdim ediblər. Tədbirin sonunda yığmamızın şərəfinə şam yeməyi təşkil olunub.
0
0