“Vurduğum qolu atama həsr edirəm”
0
0
Lent.az-ın məlumatına görə, özbəkistanlı hücumçu 17-ci dəqiqədə başla gözəl qola imza atıb. Nəticədə “Neftçi” qalib gəlib – 1:0. Oyundan sonra klubunun rəsmi saytına açıqlama verən Nasimov bu qolu atasına həsr etdiyini söyləyib: “Valideynlərimi Bakıya dəvət etmişdim. Atam "Rəvan"la oyunu stadiondan izləyirdi. Qələbə qolunu ona həsr edirəm. Əsas 3 xalı qazanmaq idi. Çox şadam ki, baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirdiyimiz ilk oyunda qələbə qazandıq. Çalışacağıq ki, onun bizdən tələb etdiyi sistemə uyğunlaşaraq, bundan sonrakı görüşlərdə də yaxşı nəticə əldə edək”.
Nasimov oyunun çətin keçdiyini də bildirib: “Rəvan”la oyun çox ağır oldu. Əslində, mövsümün ilk oyunları həmişə çətin keçir. Lakin bir tərəfdən də saat 18:00-da, 40 dərəcə istidə oynamaq çətinlik yaradırdı”.
Forvard “Neftçi”nin çempionluq titulunu qoruyacağına inandığını deyib: “Fikrimcə, bu mövsüm 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bununla belə, çalışacağıq ki, bütün oyunlardan xal qazanıb, çempionluq titulunu qoruyaq”.