“Məni Boyan Krkiçə bənzədirdilər” - MÜSAHİBƏ
0
0
Lent.az-ın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən olan 75 futbolçunun çıxış etdiyi turnirə yeganə azərbaycanlı kimi qatılan Muradbəyli 15 qolla ən yaxşı bombardir olub.
15 yaşlı hücumçu klubun rəsmi saytına müsahibə verib:
- Fəhmin, futbola necə gəlmisən?
- Atam bu idman növünə olan marağımı görüb, 8 yaşım olanda məni futbola yazdırdı. İlk məşqçim Elnur Zeynalov olub. Ondan sonra Muxtar Şərifov və İsa Fərzəliyevin rəhbərliyi altında “Təhsil” komandasında oynamışam. Bu komanda ilə Bakı Futbol Federasiyasının təşkil etdiyi “Sabahın ulduzları” turnirində iştirak etmişəm.
- Bəs “Neftçi”də oynamaq şansını necə qazandın?
- Futbolda uğurlarım “Neftçi”nin adı ilə bağlıdır. “Sabahın ulduzları”nda daim yaxşı çıxış etdiyimdən, 2008-ci ildə bura dəvət olunmuşam. Futbolçu kimi yetişməyimdə “Neftçi”nin və məşqçi İslam Kərimovun əməyi böyükdür. Buna görə “Neftçi”nin rəhbərliyinə təşəkkürümü bildirirəm. Məhz “Neftçi”də oynayarkən, U-16 yığmasına dəvət almağa başlamışam.
- İyulun 31-dən avqustun 12-dək İspaniyanın Barselona şəhərində oldun. Bu səfər necə baş verdi? Hazırlıq prosesləri, oyunlar haqda fikirlərini bildirərdin.
- “Neftçi” klubunun rəhbərliyi biz yeniyetmə futbolçulara hər zaman diqqət və qayğı göstərir. Bunun məntiqi nəticəsidir ki, Barselonada Azərbaycan yalnız “Neftçi” ilə təmsil olunurdu. Məşqlərimiz “Barselona” klubunun akademiyasında olurdu. Gündə iki dəfə məşq edirdik, daha çox toplu çalışmaları yerinə yetirirdik. Dünyanın müxtəlif ölkələrindən – Fransa, ABŞ, Argentina, İsveçrə, Belçika, Rusiya, Almaniya, İngiltərə və digər yerlərdən futbolçular iştirak edirdi. Oyunçular 13-14 və 15-17 yaş qrupu ilə iki hissəyə bölünmüşdülər. Hər 10 futbolçunu 1 məşqçi hazırlaşdırırdı. Onlar “Barselona”nın akademiyasının məşqçiləri idi.
- Barselonada Azərbaycanı təmsil edən yeganə futbolçu idin. Digər oyunçular hansı ölkə və klublardan gəlmişdilər?
- Müxtəlif ölkələrin klublarından uşaqlar var idi. Fransanın “Marsel”, “Lion”, İtaliyanın “Roma”, “Fiorentina”, İngiltərənin “Mançester Siti” klublarından da futbolçular gəlmişdilər.
- Sənin kimi, öz ölkəsinin milli komandasının şərəfini qoruyan futbolçular var idi?
- Futbolçulardan bir çoxu yığma üzvü idi. “Mançester Siti”nin oyunçusu İngiltərənin U-15 millisində top qovurdu. Həmçinin, Fransa, Polşa, Koreya və Yaponiyadan olan futbolçular yığma üzvləri idi.
- Barselonada meydana çıxdığın oyunlar haqda nə deyə bilərsən?
- Orada futbolçuların iştirakı ilə komandalar yaradıb, turnir keçirdilər. Mən komandanın heyətində 5 oyunda 15 qol vuraraq, yarışın ən yaxşı bombardiri oldum.
- Yəqin ki, məşqçilər sənin oyunun haqda yüksək fikirdə idilər. Hər halda, 15 qolla bombardir oldun.
- Məşqçilər 4-5 uşağı xüsusi fərqləndirirdilər ki, bunlardan da biri mən idim. Azərbaycandan belə bir futbolçu çıxdığına inanmırdılar. Mən onlara dedim ki, bizdə belə futbolçular çoxdur. Məşqçilər ilk oyundan sonra qol duyumumu görüb, məni yalnız hücumda oynatdılar.
- “Barselona” klubunun bazasında oldun?
- Akademiya “Barsa”nın bazasının yaxınlığında yerləşirdi. Bazada oldum, üstəlik, klubun muzeyinə də baş çəkdim. Kataloniya klubunun məşhur futbolçularından Daniel Alveş, Xerard Pike və Maksvellə görüşdüm.
- Oradan maraqlı xatirə kimi nə yadında qaldı?
- Bir dəfə akademiyada “Neftçi”nin formasını geyindim. Məşqçi uzaqdan “ağ-qara” geyindiyimi görən kimi, dərhal mənə yaxınlaşıb, təəccüblə “Real”ın formasıdır?” deyə soruşdu. Cavab verdim: “Xeyr! Bu, mənim doğma komandam “Neftçi”nin formasıdır”. Bir də maraqlıdır ki, orada məşqçilər, futbolçular, otelin işçiləri, bir sözlə hamı məni xarici görünüşümə görə “Barselona”nın yetirməsi - serb futbolçu Boyan Krkiçə bənzədirdi. Meydançada onun kimi hərəkət elədiyimi deyənlər də vardı.