Futbol klublarımız cərimələndi
0
0
AFFA İntizam Komitəsi Unibank Premyer Liqasının II turunun “Turan” və “Kəpəz” matçında baş verən xoşagəlməz olayla bağlı qərar çıxarıb.
Lent.az-ın məlumatına görə, komitə 65-ci dəqiqədə yan xətt hakimi Elşən Acalovun meydançaya “Kəpəz” azarkeşləri tərəfindən atılmış daşın təsirindən yerə sərildiyi qənaətinə gəlib. Həmin hadisədən sonra oyun 6 dəqiqə dayanıb. İntizam Komitəsi baş verənlərlə əlaqədar “Kəpəz”ə 2 min manat cərimə kəsib. Gəncə təmsilçisi azarkeşlərinin Premyer Liqa matçlarında davranışı ilə bağlı müvafiq tədbirlər görməlidir. Analoji hadisə təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. “Turan” isə ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazımi tədbirləri gücləndirməlidir.
“Qarabağ” azarkeşləri də “İnter”lə qarşılaşmanın 73-cü dəqiqəsində meydançaya kənar əşyalar atıblar. Bu səbəbdən, Ağdam klubu 2 min manat cərimələnib.
“Rəvan” – “Neftçi” matçında baş verənlərə görə hər iki komanda cəzalandırılıb. 4 futbolçusu sarı vərəqə aldığı üçün “Rəvan” min manat ziyana düşüb. 90+2-ci dəqiqədə isə “Neftçi”nin futbolçusu Alessandro Viana Da Silva kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Braziliyalı müdafiəçi 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.