Mirça Rednikli “Xəzər Lənkəran”ın ilk səfər darmadağını
0
0
Lent.az-ın məlumatına görə, bu nəticə cari və tarixi baxımdan əhəmiyyətə malikdir. Komanda cari mövsümdə çıxdığı 4-cü oyunda (2-si Avroliqa, 2-si Premyer Liqa) 1-ci dəfə böyük hesablı qələbə qazanıb. “Xəzər Lənkəran” sonuncu belə qələbəsinə ötən mövsüm, aprelin 23-də nail olub. İndi olduğu kimi, həmin vaxt da rəqib AZAL idi. 113 gün əvvəl də “ağ-yaşıllar 3 cavabsız qol vursa da, həmin vaxt öz meydanında qalib gəlmişdi. Bu 2 matç AZAL-la rəqabət dövründə qeydə alınan 2 böyük hesablı nəticədir.
Yeri gəlmişkən, bu, Mirça Rednikin Lənkəran komandasının baş məşqçi postunda 3-cü böyük hesablı qələbəsidir. Həm AZAL-la sözügedən iki qarşılaşma, həm də ötən mövsüm MOİK-lə görüş eyni hesabla nəticələnib - 3:0. İlk 2 qələbə Lənkəranda qazanılmışdısa, rumıniyalı mütəxəssis ilk dəfə səfər darmadağınına sevinib. Bu komanda sonuncu dəfə rəqib meydanında 2009-cu il noyabrın 29-da coşub. “Ağ-yaşıllar” 623 gün öncə “Bakı” ilə səfər oyununda 3:0-a seviniblər.
Premyer Liqada çıxış etdiyi 2004/2005-ci il mövsümündən bəri “Xəzər Lənkəran” hər çempionatda böyük hesablı qələbə qazanıb. Ümumilikdə isə belə qələbələrin sayı artıq 32-yə çatıb.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 1
Cəmi - 32
“Xəzər Lənkəran” Azərbaycan kubokunda da böyük hesablı qələbələr əldə edib. Onların sayı isə 10-dur:
2005/06 – 2
2006/07 – 3
2007/0/8 – 3
2008/09 – 2
Bu isə o deməkdir ki, AZAL-la oyunda “Xəzər Lənkəran” tarixinin 42-ci böyük hesablı qələbəsini qeyd edib.