“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı
16 avqust 2011 15:15 (UTC +04:00)

“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı

0
Lent.az-ın məlumatına görə, Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadiqov və Əfran İsmayılovun ardından Zaur Həşimov da sıradan çıxıb. Həşimov Bakı “İnter”i ilə Unibank Premyer Liqasının II turunda baş tutan oyun zamanı meydanı vaxtından əvvəl tərk etməli olub. Tibbi müayinədən keçən 30 yaşı futbolçunun durumunun ciddi olduğu müəyyənləşib. Müdafiəçinin 2 yerdən zədə aldığı aşkarlanıb. Futbolçuda əzələ yırtığı ilə yanaşı, diz bağlarının qopduğu da məlum olub. Həşimovun 1,5 ayadək yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar