UEFA Azərbaycan – Qazaxıstan matçının yerini dəyişdirdi
0
0
Lent.az-ın məlumatına görə, UEFA-nın saytı matçın Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacağını yazıb. Öncədən Qazaxıstanla görüşün Lənkəran şəhər mərkəzi stadionunda təşkil olunacağı bildirilirdi. Lakin ot örtüyünün yanması üzündən qarşılaşmanın həmin arenada keçirilməsi məqbul sayılmayıb. Avqustun 12-də AFFA görüşün Respublika stadionunda təşkilinə qərar verdiklərini və bu haqda UEFA-nın da məlumatlandırılacağını bəyan edib.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı əvvəlcədən elan olunduğu kimi saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı əvvəlcədən elan olunduğu kimi saat 20:00-da başlanacaq.
0
0