Çempionlar Liqasında "play-off" oyunları başlayıb - NƏTİCƏLƏR
17 avqust 2011 12:09 (UTC +04:00)

Çempionlar Liqasında "play-off" oyunları başlayıb - NƏTİCƏLƏR

0
Lent.az-ın məlumatına görə, dünən 5 oyun keçirilib.

İngiltərənin “Arsenal”ı evdə İtalyanın “Udineze” klubunu minimal hesablı məğlubiyyətə uğradıb - 1:0

Rusiya “Rubin”I isə səfərdə Fransanın “Lion” klubuna böyük hesablı məğlub olub. - 3:1

Danimarkanın “Kopenhagen” klubu doğma meydanda Çexiyanın “Viktoriya” klubuna məğlub olub - 1:3

Belorusun BATE klubu isə evdə Avstriyanın “Şturm” klubu ilə bərabərə qalıb - 1:1

Digər oyunda isə “Tvente” (Hollandiya) “Benfika” ilə heç-heçə edib - 2:2

Xatırladaq ki, bu mərhələdə 20 komanda qruplara düşə bilmək üçün mübarizə aparır.

Cavab oyunları avqustun 23-24-də keçiriləcək.

Onu da bildirək ki, bu gün daha 5 oyun keçiriləcək.

23:45. Visla (Polşa) – APOEL (Kipr)
23:45. Makkabi (Hayfa, İsrail) – Genk (Belçika)
23:45. Dinamo (Xorvatiya) – Malmö (İsveç)
23:45. Odense (Danimarka) - Villarreal (İspaniya)
23:45. Bayern (Almaniya) – Sürix (İsveçrə)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar