“Barselona” İspaniya Superkubokunu da aldı
18 avqust 2011 10:07 (UTC +04:00)

“Barselona” İspaniya Superkubokunu da aldı

0
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Kataloniya klubu “Real” (Madrid) klubunu cavab görüşündə 3:2 hesabı ilə məğlub edib. Bu komandalar arasında Madriddə keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.

Qeyd edək ki, “Barselona” avqustun 26-da Monakoda UEFA Superkubokunda Portuqaliyanın “Portu” komandası ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar