“Fənərbaxça” prezidentinin qardaşı da istintaqa çağırıldı
19 avqust 2011 15:01 (UTC +04:00)

“Fənərbaxça” prezidentinin qardaşı da istintaqa çağırıldı

0
Bu gün Türkiyədə danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində “Fənərbaxça” klubunun İdarə Heyətinin üzvləri Alaeddin Yıldırım və Ömer Temelli, “Trabzonspor” futbolçusu Serkan Balçı və bu klubun futbol təmsilçisi Özkan Doğan ifadə verməyə çağırılıblar. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda həmin şəxslər İstanbul Polis İdarəsində ifadə verirlər.

“Fənərbaxça” klubunun baş müdiri Serkan Acarın da ifadə verməyə çağırıldığı məlum olub. O da yaxın saatlarda polis idarəsinə gələcək.

Qeyd edək ki, Alaeddin Yıldırım hazırda həbsdə olan “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımın qardaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar