“Xəzər Lənkəran” “Barselona”nın yetirməsini aldı
19 avqust 2011 18:24 (UTC +04:00)

“Xəzər Lənkəran” “Barselona”nın yetirməsini aldı

0
Lent.az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, klub futbolçu ilə bu gün bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mario Rosas 1980-cı il mayın 22-də İspaniyanın Andaluziya vilayətinin Malaqa şəhərində anadan olub.

O, “Barselona” klubunun yetirməsidir. 2000-ci ildə “Barselona”dan ayrılaraq, digər yüksək liqa təmsilçisinə - Alavesin “Deportivo” klubuna keçib. Bundan əlavə, Rosas ölkəsinin bir sıra ikinci divizion komandalarında da çıxış edib.

“Xəzər Lənkəran”a keçməzdən əvvəl Rosas İspaniyanın “Salamanka” klubunun şərəfini qoruyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar