İspaniyada futbol çempionatı təxirə salındı
0
0
İspaniya Futbolçularının Həmkarlar İttifaqı və İspaniya Peşəkar Futbol Liqası arasında futbolçuların tətilinin dayandırılması barədə danışıqlar gələn həftənin birinci günü davam edəcək. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İspaniyanın birinci və ikinci liqasında çıxış edən klubların futbolçuları oyunçularla Peşəkar Futbol Liqası arasında yeni kollektiv müqavilə olmadığı üçün iyunlara çıxmaqdan imtina edirlər. İyulun 19-da Peşəkar Futbol Liqası rəsmən ilk turun oyunlarının başqa vaxta keçirildiyini açıqlayıb. Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir ki, tərəflər mövqelərini müəyyənləşdirib və danışıqlar şənbə və gələn həftənin birinci günü davam edəcək.
“Marca” qəzeti yazıb ki, Futbolçuların Həmkarlar İttifaqı və Peşəkar Futbol Liqası birinci və ikinci liqada ikinci turun oyunlar ərəfəsində tətilə son qoymaq niyyətindədirlər.
“Marca” qəzeti yazıb ki, Futbolçuların Həmkarlar İttifaqı və Peşəkar Futbol Liqası birinci və ikinci liqada ikinci turun oyunlar ərəfəsində tətilə son qoymaq niyyətindədirlər.
0
0