Samuel EtoO “Anji”də
24 avqust 2011 11:36 (UTC +04:00)

Samuel EtoO “Anji”də

0
Lent.az-ın Mahaçqala təmsilçisinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Eto O-nun transferi ilə bağlı yekun anlaşma avqustun 23-də əldə olunub.

Transfer məbləği hər iki tərəfi qane edib. “Sports.ru” saytı “Anji”nin 30 yaşlı forvard üçün “İnter”ə bu il 15 milyon avro, gələn ilin yayında isə daha 6 milyon avro ödəyəcəyini yazıb. Futbolçunun əmək haqqı isə ildə 10 milyon avro təşkil edəcək.

Avqustun 24-də Eto O tibbi müayinədən keçdikdən sonra “Anji” ilə 3 illik müqavilə bağlamalıdır. Ardından o, yeni komandasına qoşularaq “Rostov”la Rusiya Premyer Liqası çərçivəsində növbəti qarşılaşmaya hazırlaşmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 607

Oxşar yazılar