Çempionlar Liqası: 5 komanda qrup mərhələsində
24 avqust 2011 14:11 (UTC +04:00)

Çempionlar Liqası: 5 komanda qrup mərhələsində

0
Lent.az-ın məlumatına görə, 10 qarşılaşmadan 5-i ilk oyun günündə baş tutub.

Azərbaycan çempionu “Neftçi”ni turnirin II təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası artıq qrup mərhələsinə vəsiqə əldə edib. “Dinamo” İsveçdə “Malmö”yə uduzsa da, iki oyunun cəmində mərhələ adlayıb. Daha 4 vəsiqəyə APOEL (Kipr), “Genk” (Belçika), “Vilyarreal” (İspaniya) və “Bavariya” (Almaniya) sahib olub. Məğlub komandalar Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.

APOEL (Kipr) – “Visla” (Krakov, Polşa) – 3:1
İlk oyun – 0:1

“Genk” (Belçika) – “Makkabi” (Hayfa, İsrail) – 2:1 (penaltilərlə - 4:1)
İlk oyun – 1:2

“Malmö” (İsveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0
İlk oyun – 1:4

“Vilyarreal” (İspaniya) – “Odense” (Danimarka) – 3:0
İlk oyun – 0:1

“Sürix” (İsveçrə) – “Bavariya” (Almaniya) – 0:1
İlk oyun – 0:2

Çempionlar Liqasının qrup mərhələsinə son 5 vəsiqənin taleyinə avqustun 24-də keçiriləcək daha 5 cavab görüşündən sonra aydınlıq gələcək:

21:00. “Rubin” (Rusiya) – “Lion” (Fransa)
İlk oyun – 1:3

23:45. “Viktoriya” (Plzen, Çexiya) – “Kopenhagen” (Danimarka)
İlk oyun – 3:1

23:45. “Şturm” (Avstriya) – BATE (Belarus)
İlk oyun – 1:1

23:45. “Benfika” (Portuqaliya) – “Tvente” (Hollandiya)
İlk oyun – 2:2

23:45. “Udineze” (İtaliya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 0:1

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar