“Bakı” “Kyevo”da çıxış etmiş yeni transferini təqdim etdi - FOTO
0
0
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi Vilson Aparekido Xavyer Juniorla 2 illik müqavilə bağlanılıb.
Komandanın yeni üzvü “İnter”lə Unibank Premyer Liqasının III tur matçında meydançaya çıxıb. Futbolçu 8 nömrəli formada çıxış edir.
Qeyd edək ki, Vilson Aparekido Xavyer Junior 1984-cü ilin 15 mart tarixində Braziliyanın Araponqas şəhərində anadan olub. 27 yaşlı yarımmüdafiəçi Braziliyanın “Londrina” (1999-2001), “Fluminense” (2001), “Londrina” (2001-2004) klublarında oynayıb. 2004-cü ildə İtaliya “Kyevo”sunda icarə əsasında çıxış edıb. Junior 2004-2008-ci illərdə Sloveniyanın “Domjale” (103 oyun, 10 qol) klubunda forma geyinib. 2009-cu il mövsümünü Braziliyanın “Figueirense” klubunda keçirən braziliyalı 2009-2010 mövsümündə yenidən “Domjale”lə qayıdıb. Sloveniyada 39 oyun keçirən Junior 4 qola imza atıb.