“Trabzonspor” Çempionlar Liqasına qaytarıldı
25 avqust 2011 10:35 (UTC +04:00)

“Trabzonspor” Çempionlar Liqasına qaytarıldı

0
Lent.az-ın məlumatına görə, bu barədə UEFA-nın operativ məsələlərin həlli komissiyası qərar qəbul edib.

“Trabzonspor” artıq Çempionlar Liqasının III təsnifat mərhələsində Portuqaliya “Benfika”sına iki oyunun cəmində uduzub – 0:2, 0:0. Nəticədə Türkiyə vitse-çempionu mübarizəni Avropa Liqasının “pley-off” mərhələsində davam etdirməli olub. Artıq İspaniya “Atletik”i ilə ilk oyununda səfərdə qolsuz heç-heçəyə nail olan “Qara dəniz fırtınası”nın cavab görüşü ləğv edilib. Beləliklə, “Trabzonspor” tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, bu mərhələnin püşkü avqustun 25-də Bakı vaxtı ilə saat 20:45-də atılacaq. “Trabzonspor” aşağı reytinqli komandaların yer aldığı 4-cü səbətə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar