Çempionlar Liqası: Qrup mərhələsinin bütün iştirakçıları məlum oldu
0
0
Lent.az-ın məlumatına görə, ikinci oyun günündə Belarus BATE-si sensasiyaya imza atıb.
BATE öz meydançasında 1:1 hesablı heç-heçə etdiyi “Şturm”u Avstriyada 2 cavabsız qolla yenib. Bununla da baş məşqçi Viktor Qonçarenkonun komandası tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Əvvəllər BATE 2008-2009-cu il mövsümündə turnirin qrup mərhələsində çıxış edib.
Əvəzində Rusiya “Rubin”i ardıcıl 2 mövsümdən sonra Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalıb. Ötən mövsüm Rusiya Premyer Liqasının bürünc mükafatçıları Fransa “Lion”unu üstələyə bilməyiblər. “Rubin” Liondakı məğlubiyyətin əvəzini Kazanda çıxa bilməyib.
Hollandiya “Tvente”si də ardıcıl 2 mövsümdən sonra eyni aqibətlə üzləşib. Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun sabiq klubunu Portuqaliya “Benfika”sı Çempionlar Liqasının qrup mərhələsindən kənarda qoyub.
Çexiyanın “Viktoriya” komandası isə ilk dəfə nüfuzlu turnirin qrup mərhələsinə yüksəlib. Çempionlar Liqasının daimi iştirakçısı olan İngiltərənin “Arsenal” klubu isə bu dəfə İtaliya “Udineze”si ilə matçda sensasiyaya imkan verməyib.
24 avqust
“Rubin” (Rusiya) – “Lion” (Fransa) – 1:1
İlk oyun – 1:3
“Viktoriya” (Plzen, Çexiya) – “Kopenhagen” (Danimarka) – 2:1
İlk oyun – 3:1
“Şturm” (Avstriya) – BATE (Belarus) – 0:2
İlk oyun – 1:1
“Benfika” (Portuqaliya) – “Tvente” (Hollandiya) – 3:1
İlk oyun – 2:2
“Udineze” (İtaliya) – “Arsenal” (İngiltərə) – 2:1
İlk oyun – 0:1
25 avqust
APOEL (Kipr) – “Visla” (Krakov, Polşa) – 3:1
İlk oyun – 0:1
“Genk” (Belçika) – “Makkabi” (Hayfa, İsrail) – 2:1 (penaltilərlə - 4:1)
İlk oyun – 1:2
“Malmö” (İsveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0
İlk oyun – 1:4
“Vilyarreal” (İspaniya) – “Odense” (Danimarka) – 3:0
İlk oyun – 0:1
“Sürix” (İsveçrə) – “Bavariya” (Almaniya) – 0:1
İlk oyun – 0:2
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 20:45-də atılacaq.