“Arsenal” Samir Nəsrini də əldən verdi
25 avqust 2011 11:57 (UTC +04:00)

“Arsenal” Samir Nəsrini də əldən verdi

0
Lent.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Samir Nəsri “Mançester Siti” ilə 4 illik müqavilə bağlayıb.

Fransalı oyunçunun keçidi “şəhərlilər”ə 25 milyon funt sterlinqə başa gəlib.

Qeyd edək ki, Samir Nəsri “Arsenal”da 2008-ci ildən çıxış edir. O, İngiltərə çempionatında 86 oyuna 18 qol vurub. Nəsri Fransa millisində də 22 matçda 2 dəfə fərqlənib. Daha öncə “Arsenal”ın digər fransalı oyunçusu Qael Klişi “Mançester Siti”yə keçib. Bundan başqa, kapitan Sesk Fabreqas İspaniya “Barselona”sına qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar