“Xəzər Lənkəran”da növbəti əlamətdar olay
25 avqust 2011 16:42 (UTC +04:00)

“Xəzər Lənkəran”da növbəti əlamətdar olay

0
Lent.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “dubl” müəllifi Branimir Subaşiçlə matçdakı son qolu vuran Rikardo Qomeş “ağ-yaşıllar”ın heyətində qol hesabını açıblar.

Bununla da “Xəzər Lənkəran”da qol vuran oyunçuların ümumi sayı 68-ə çatıb. Bunlardan 42-si legionerdir. Rikardo qol vuran 42-ci legioner və 7-ci braziliyalıdır. Ona qədər Denis Silva 3, Dieqo Qusmao Souza 4, Junior Osvaldo 11, Kristian Martins Kabral 2, Mario Souza 26, Romulo Silvano 8 qola imza atmışdı. Bir sözlə, 7 braziliyalı snayperin ifasında 55-ci qol tovuzlularla matçda vurulub.

Subaşiç isə həmyerlisi – 3 qol vurmuş Marinko Petroviçdən sonra komandada fərqlənən 2-ci serbiyalı olub. Hücumçu “Xəzər Lənkəran”ın tarixində 59-cu, ölkə çempionatlarında isə 39-cu “dubl”unun müəllifi olub. O, “ağ-yaşıl” formada 1 matçda 2 qol vuran 30-cu oyunçu kimi tarixə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar