Bakıya “Çelsi”nin futbolçusu gəlir - SİYAHI
25 avqust 2011 17:15 (UTC +04:00)

Bakıya “Çelsi”nin futbolçusu gəlir - SİYAHI

0
Lent.az-ın məlumatına görə, baş məşqçi Jorj Leekens millimizdən əlavə, sentyabrın 6-da ABŞ-la oynayacaqları yoldaşlıq qarşılaşmasına 24 futbolçu dəvət edib.

Siyahıda yeni ad “Anderlext”də çıxış edən Denis Oduadır. Leekens millimizlə Bakıdakı oyunu həlledici adlandırıb: “Bakıda Türkiyə Azərbaycana uduzub, “Brügge” isə Avropa Liqası matçında yenilib. Ona görə də rəqibin imkanlarından xəbərdaram. Azərbaycanla oyunda qalib gəlsək, ABŞ-la yoldaşlıq görüşü bizim üçün əhəmiyyət kəsb edəcək”.

Baş məşqçi bildirib ki, artıq Belçika futbolu nüfuzunu qaytarıb. “Genk” klubunun Çempionlar Liqasının “pley-off” mərhələsində mübarizədən kənarlaşdırdığı İsrailin “Makkabi” (Hayfa) komandası ilə cavab görüşündə iştirak etdiyini deyən Leekens Belçikanın digər 3 komandasının da Avropa Liqasının qrup mərhələsinə düşəcəklərinə inam ifadə edib.

Qapıçılar: Tibo Kurtua (“Atletiko”, İspaniya), Jan-Fransua Jiye (“Bolonya”, İtaliya), Simon Minole (“Sanderlend”, İngiltərə)

Müdafiəçilər: Tobi Alderveyreld (“Ayaks”, Hollandiya), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Nikolas Lomberts (“Zenit”, Rusiya), Denis Odua (“Anderlext”), Daniel van Buyten (“Bavariya”, Almaniya), Yelle van Damm (“Standard”), Tomas Vermalen (“Arsenal”, İngiltərə), Yan Vertongen (“Ayaks”, Hollandiya)

Yarımmüdafiəçilər: Mussa Dembele (“Fulhem”, İngiltərə), Maruan Fellaini (“Everton”, İngiltərə), Eden Azar (“Lill”, Fransa), David Huber (“Genk”), Dris Mertens (PSV, Hollandiya), Vadis Ocica-Ofoye (“Brügge”), Timmi Simons (“Nürnberq”, Almaniya), Yelle Vossen (“Genk”), Aksel Vitsel (“Benfika”, Portuqaliya)

Hücumçular: İqor de Kamarqo (“Borussiya” Mönhenqladbax, Almaniya), Romelu Lukaku (“Çelsi”), Marvin Oqunjimi (“Genk”), Byorn Fleminks (“Brügge”)

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Belçika matçı saat 21:00-da başlanacaq. Hazırda A qrupunda yer alan Belçika 11 xalla 2-ci, Azərbaycan millisi isə 3 xalla 5-ci pillədə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar