“Neftçi” afrikalı futbolçu ilə müqavilə bağladı - FOTO
0
0
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman qvineyalı yarımmüdafiəçi Kanfori Silla ilə müqavilə bağlayıb.
Anlaşmanın şərtlərinə əsasən, oyunçu 10 gün müddətində məşq proseslərində özünü yaxşı tərəfdən göstərsə, müqavilə avtomatik olaraq qüvvəyə minəcək.
Qeyd edək ki, 31 yaşlı Kanfori Sillanın sonuncu klubu “Etual de Qvineya” olub. Silla bundan əlavə, “Şarlerua” (Belçika, 2001), “Erqotelis” (Yunanıstan, 2001-2004), “Kallitea” (Yunanıstan, 2004-2006), “Sivasspor” (Türkiyə, 2006-2007), “İstanbulspor” (Türkiyə, 2007-2009), “Konyaspor” (Türkiyə, 2009-2010) klublarında çıxış edib. O, 2004-cü ildən dəvət aldığı Qvineya milli komandasının heyətində 38 oyun keçirib və Afrika Millətlər Kubokunun yarımfinalçısı olub.