Çempionlar Liqası: “Trabzonspor” 28 il öncə yendiyi komandaya qarşı
0
0
Lent.az-ın məlumatına görə, Türkiyənin yeganə təmsilçisi “Trabzonspor” tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində yarışacaq.
“Qara dəniz fırtınası” danışılmış oyunlarla əlaqədar turnirdən kənarlaşdırılan “Fənərbağça”nı əvəzləyib. İlk rəqib isə İtaliyanın “İnter” komandasıdır. Görüş Milan şəhərindəki “Cüzeppe Meatsa” şəhərində baş tutacaq. Rəqibi adlı-sanlı olsa da, “Trabzonspor” “İnter”i düz 28 il öncə yenməyə müvəffəq olub. 14 sentyabr 1983-cü ildə “Avnı Aker” şəhərində keçirilmiş UEFA Kubokunun I dövrəsinin ilk görüşündə meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Cavab oyunu isə hakimin səhvi üzündən 2:0 hesabı ilə “İnter”in xeyrinə başa çatıb və növbəti mərhələyə italiyalılar yüksəliblər.
Bugünkü oyuna “Trabzonspor” itkilərlə çıxacaq. Komandanın əsas qol silahı Burak Yılmaz və yarımmüdafiəçi Adrian Mirzeyevski sarı vərəqə cəzalıları olduqları üçün “İnter”lə qarşılaşmanı buraxacaqlar. Bu səbəbdən, hücum xəttində Türkiyə təmsilçisi ümidini Paulo Enrikeyə bağlayacaq.
“Trabzonspor”un baş məşqçisi Şenol Günəş qrup mərhələsində uğurla çıxış edərək, Çempionlar Liqasına rəng qatacaqlarını bildirib: “Bizim üçün nəticədən çox oynayacağımız futbol önəmlidir. Uduzsaq da, udsaq da, yarış davam edəcək. Bu, bizim üçün önənli bir sınaq olacaq. Rəqibə hörmətlə yanaşırıq. Amma futbol sürprizlərə açıq olan bir oyundur. Qrup mərhələsində 7-8 xal toplaya bilsək, növbəti mərhələyə yüksələ bilərik. Məqsədimiz ilk dəfə qatıldığımız Çempionlar Liqasının qrup mərhələsinə rəng qatmaqdan ibarətdir”.
A qrupu
“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)
Baş hakim: Yunas Eriksson (İsveç)
“Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
B qrupu
“Lill” (Fransa) – MOİK (Moskva, Rusiya)
Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya)
“İnter” (İtaliya) – “Trabzonspor” (Türkiyə)
Baş hakim: Stefan Yohannesson (İsveç)
C qrupu
“Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
“Bazel” (İsveçrə) – “Otselul” (Rumıniya)
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
D qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Real Madrid” (İspaniya)
Baş hakim: Sveyn Oddvar Moen (Norveç)
“Ayaks” (Hollandiya) – “Lion” (Fransa)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.