Əfsanəvi braziliyalı futbolçu komadan çıxdı
15 sentyabr 2011 19:29 (UTC +04:00)

Əfsanəvi braziliyalı futbolçu komadan çıxdı

0
Ona qaraciyər serrozu ilə əlaqədar daxili qanaxma diaqnozu qoyulub. Hazırda Sokrates intensiv terapiya palatasındadır. 57 yaşlı veteran ötən ay da xəstəxanada yatıb. Xəstəxanadan buraxılarkən, braziliyalı etiraf edib ki, sağlıq durumundakı problemlər hədsiz alkoqol qəbulu ilə əlaqədardır.

Qeyd edək ki, Braziliya futbolundakı ən yaxşı oyunçulardan sayılan Sokrates 1982-ci il dünya çempionatında ölkə yığmasının baş məşqçisi olub. O, 4 il sonrakı dünya çempionatında da oynayıb. Yığmada 60 matçda 22 qol vurmuş Sokrates hazırda jurnalist kimi çalışır, qəzet və televiziya ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar